"Sən azadsan, Xarıbülbül!" adlı dərs

Bu gün "Zəfər Günü" və "Dövlət Bayrağı Günü" münasibətilə 3 B sinfində "Sən azadsan, Xarıbülbül" adlı dərs keçirildi. Dərsdə İlhamə müəllimə Vətən müharibəsində Azərbaycan xalqının da, dövlətinin də Qarabağın işğaldan azad olunması ilə bağlı var-qüvvəsini ortaya qoymasından, əsgər və zabitlərin döyüş tapşırıqlarını şərəflə yerinə yetirməsindən, Vətən, torpaq  uğrunda canlarını fəda edərək Şəhidlik zirvəsinə ucalmasından danışdı. Uşaqlar dərsdə vətənpərvərlik ruhunda şeirlər söyləyib, mahnılar oxudular. "Sən azadsan, Xarıbülbül!" kompozisiyası, "Şuşanın dağları", "Azərbaycan bayrağı" rəqsləri ilə uşaqlar heyrətamiz çıxış etdilər. Maraqlı əl işləri, çəkdikləri rəsmlər, hazırladıqları "Qarabağ  Azərbaycandır!" adlı divar qəzeti uşaqların nə qədər bacarıqlı, savadlı, vətənpərvər olduqlarına sübut idi. Buna görə İlhamə müəlliməyə təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi