Şagirdlərlə qorxu və fobiyaların korreksiyası
Şagirdlərlə qorxu və fobiyaların korreksiyası aparıldı.
28 sentyabr tarixində məktəbin psixoloqları Arzu Həsənova və Aygül Mirzəliyeva tərəfindən ibtidai sinif şagirdləri ilə birgə "Qorxunun portreti" ,"Qorxular evi " adlı proyektiv metodikalar keçirildi.
Uşaqlara bir çox texnikalardan istifadə edərək qorxularımızı aradan qaldırmağın və azaltmağın üsulları öyrədildi.
Eləcə də şagirdlərlə bir sıra psixoprofilaktik və inkişafetdirici söhbətlər aparıldı.