" Anım Günü və Zəfər Günü" tədbiri

Bu gün 63 nömrəli məktəbdə 3B sinfində 27 sentyabr - Anım Günü ilə bağlı dərs keçirildi. Əvvəlcə  Şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla 1 dəqiqəlik sükutla yad edildi. Sonra İlhamə müəllimə videoçarxlar göstərərək Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, üçrəngli dövlət bayrağımızı işğaldan azad etdikləri torpaqlarımızda dalğalandırılmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimiz haqqında məlumat verdi. Uşaqlar mövzu ilə bağlı şeirlər söylədi. Onların maraqlı əl işləri və rəsmləri diqqəti cəlb edirdi.

Dərsdən sonra şagirdlər müəllim və valideynlərlə birlikdə məktəbin yaxınlığında Şəhid Kapitan Füzuli Əliyevin xatirəsini əbədiləşdirmək üçün  hazırlanmış büstün qarşısında tədbirdə iştirak etdilər. Şagirdlər qürur və ehtiram hissi ilə şeirlər söylədilər. Məktəbin direktoru Cavanşir Tarverdiyev də sonda çıxış etdi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi