Nailiyyətlərimiz

"Sabahın Alimləri" IX Respublika Müsabiqəsində 2-ci yer11-13 fevral 2020-ci il tarixində 9-11-ci sinif şagirdləri arasında keçirilən "Sabahın alimləri" IX Respublika Müsabiqəsində məktəbimizin 10-cu sinif şagirdi Qurbanlı Kənan Nəcəf oğlu və 11-ci sinif şagirdi Qurbanlı Gülnar Nəcəf qızı 2-ci yerə layiq görülərək gümüş medal qazandılar. "60 Ailəsi" olaraq şagirdlərimizi və bu layihənin mükəmməl həyata keçirilməsində böyük rolu olan elmi rəhbəri, məktəbimizin kimya müəllimi Şirin Məmmədovanı qazandıqları yüksək nəticəyə görə ürəkdən təbrik edirik. Gələcəkdə daha da yüksək adlara layiq görülmələrini arzulayırıq.

Şahmat üzrə Respublika birinciliyiMəktəbimizin şagirdləri Əlizadə Aqşin, Abbaszadə Məryəm, İsmayılov Fərid, Nəsirova Xana, Qədirli Fatimə, İbrahimov Cəfər məktəbimizin şahmat müəllimi Ramidə Ələkbərovanın rəhbərliyi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Azırbaycan Məktəb İdmanları Federasiya tərəfindən məktəblilər arasında keçirilən şahmat yarışı üzrə Respublika çempionatında qalib gələrək birinciliyi qazandılar. Məktəbimizin yüksək intellektual səviyyəsini layiqincə nümayiş etdirən və qalib gələn şagirdlərimizlə qürur duyuruq.

Prezident təqaüdçüsüPrezident İlham Əliyev 2017/2018-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. 2017/2018-ci tədris ilində tələbə qəbulu imtahanlarında IV ixtisas qrupu üzrə ən yüksək nəticə göstərmiş (686 bal) və Tibb Universitetinin müalicə işi fakultəsinə daxil olmuş Həsənova Maya Prezident təqaüdünə layiq görülüb. Həmçinin, Həsənova Maya xüsusi nümunəli attestat alaraq gümüş medala da layiq görülmüşdür. Məktəbimizin uğurları bol olsun!

HAQQIMIZDA

Məktəbin binası XX əsrin 30-cu illərində inşa edilib. Böyük Vətən müharibəsi dövründə hospital kimi fəaliyyət göstərib. Orta məktəb kimi XX əsrin 50-ci illərindən fəaliyyət göstərir. 2008-ci ildə Heydər Əliyev fond...

BİZİM FƏXRLƏRİMİZ

Aqilə Axundova Rüfət

Kənan Qurbanlı Nəcəf

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi