20 Yanvar Ümumxalq Hüzn günüdür

20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi. Bu gün 20 Yanvar Ümumxalq Hüzn gününün 26-cı ildönümü ilə əlaqədar Paşa Nəzərov adına 60 saylı tam orta məktəbin 3b sinif şagirdləri sinif rəhbərləri Aynur Əlibəyzadə rəhbərliyi ilə Şəhidlər Xiyabanını ziyarət ediblər. Şagirdlərimiz Azərbaycanın azadlığı uğrunda canından keçən şəhidlərimizin məzarı üstünə qərənfillər düzüblər. Şagirdlərimiz 20 Yanvar abidə-kompleksinin önündə şəhidlərin əziz xatirəsinə həsr olunmuş şeirlər söyləyiblər.