“Milli qəhrəmanlarımız and yerimizdir”

60 saylı tam orta məktəbdə sinif rəhbəri Hüseynova Yeganənin rəhbərliyi ilə VIIA sinfində “Milli qəhrəmanlarımız and yerimizdir” mövzusunda təqdimat hazırlanmışdı.Bu təqdimatda Azərbaycanın tarix boyunca inkşafında rolu olmuş sərkərdələrdən tutmuş bu gün rəşadət göstərən bütün qəhrəmanlar haqqında məlumat verildi. Koroğlu, Cavanşir, Babək, Mehdi Hüseynzadə, Çingiz Mustafayev, Salatın Əsgərova , Əlif Hacıyev, Mübariz İbrahimov və.s. haqqında məlumat təqdimatlarda öz əksini tapmişdır. 20 Yanvar şəhidlərinin qəhrəmanlıqları da xüsusi vurğulandı.