Hər şey övladımız üçün
08.06.2024- cü il tarixində məktəb rəhbərliyinin iştirakı ilə Ailəm və məktəbim layihəsi çərçivəsində 9- cu sinif valideynlərinin iştirakı ilə "Hər şey övladımız üçün" mövzusunda mühazirə keçirildi. Mühazirənin mövzusu " İxtisas seçimi zamanı valideynlərin övladlarına dəstəyi" idi. Valideynlərə bu mövzu ətrafında maarifləndirici məlumatlar verildi. Məktəbin direktor əvəzi Yasəmən Əliyeva çıxışında vurğuladı ki, valideynlər çalışırlar ki, övladları onların istəyi ilə ixtisas seçimi etsin. Bu da çox vaxt həmin şagirdlərin gələcəkdə sevmədiyi peşə sahibi olmalarına səbəb olur. Valideynlər övladlarının istəklərinə əsaslanaraq onlara doğru yol göstərsinlər. Bununla da övladlarının kamil mütəxəssis kimi yetişməsinə şərait yaransın.