14 fevral Beynəlxalq Kitab Bağışlama Günü

Məktəbimizdə "14 fevral Beynəlxalq Kitab Bağışlama Günü" ilə bağlı maraqlı tədbirlər davam edir. Şagirdlərlə yaxın əlaqələrin qurulması məqsədilə məktəbin direktor əvəzi Günay Cəlilova 2- ci və 3- cü siniflərdə Bəhram Bağırzadənin məktəbimizin kitabxanasına bağışladığı "Şuşa " adlı kitabından bir hissəni şagirdlərə oxudu. Kitab şagirdlər tərəfindən maraqla dinlənildi. Günay Cəlilova eyni zamanda məktəbin ən kiçik və ən fəal kitabsevərləri ilə görüşüb onlara kitab hədiyyə etdi. Xahiş etdi ki, kitabı oxuduqdan sonra öz təəssüratlarını onunla bölüşsünlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi