2023-2024-cü tədris ilinin birinci yarım ilinin yekun nəticələrinə həsr olunmuş pedaqoji şura keçirildi.

Bu gün məktəb rəhbərliyinin, müəllimlərin və məktəb valideyn komitələrinin iştirakı ilə 2023-2024-cü tədris ilinin birinci yarım ilinin yekun nəticələrinə həsr olunmuş pedaqoji şura keçirildi. Valideynlərin pedaqoji şurada iştirak etmələrinin təşkilində əsas məqsəd valideyn- məktəb əlaqələrinin düzgün tənzimlənməsi və məktəbdə sağlam psixoloji mühitin formalaşması, müəllim - şagird- valideyn əlaqələrinin yüksək səviyyədə qurulması məqsədilə birgə fəaliyyətin inkişaf etdirilməsi idi. Məktəbin direktor əvəzi Günay Cəlilova valideynlər qarşısında çıxış edərək bildirdi ki, məktəb rəhbərliyi, müəllim kollektivi övladlarımızın yüksək təhsil almaları, bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Valideynlərlə sıx əlaqələr yaratmağımızın da əsas məqsədi şagird və valideynlər tərəfindən yaranmış hər hansı bir məsələni yerindəcə həll etməkdir. Valideynlərin irad və təkliflərini dinləyib birlikdə lazımi tədbirlərin görülməsinə nəzarəti artırmaqdır.

Daha sonra direktor müavinlərinin yarım ilin yekunlarına dair hesabatları dinlənildi. Cari məsələlər müzakirə olundu. İkinci yarım ildə görüləcək işlər haqqında məlumatlar verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi