8 Noyabr Zəfər günü

"8 Noyabr Zəfər günü" ilə əlaqədar tədbirlər planına olaraq məktəbimizin 5- ci sinif şagirdləri Hərbi Qənimətlər Parkına ekskursiya təşkil etdilər.

Hərbi Qənimətlər Parkına ekskursiya zamanı şagirdlərə Vətən müharibəsində qüdrətli Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıqlar, düşmənin canlı və hərbi qüvvəsinin itkiləri barədə ətraflı məlumatlar verildi.

Ekskursiya zamanı onlar Vətən müharibəsi zamanı qənimət götürülən tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit - raket kompleksləri, atıcı silahlar, Azərbaycan ərazisinə atılan " İsgəndər -M" raketinin qalıqlarına tamaşa ediblər. Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən Şuşa yaxınlığında vurularaq sıradan çıxarılmış tank da şagirdlərin böyük marağına səbəb olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi