Bu gün Azərbaycanın bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman oğullarımızın əziz xatirəsini ehtiramla yad edirik.

Bu gün Azərbaycanın bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman oğullarımızın əziz xatirəsini ehtiramla yad edirik. P. Nəzərov adına 60 nömrəli tam orta məktəbdə bu gün üçün tədbirlər planı hazırlanmışdır. Səhər məktəbyanı ərazidə müəllim - şagird və məktəb rəhbərliyinin iştirakı ilə tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra vətən uğrunda canlarını fəda edən qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Giriş sözü ilə məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Tural Hətəmov çıxış edərək qeyd etdi ki, 44 günlük Vətən müharibəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Bu qələbəni bizə bəxş edən və qəhramanlıq nümunəsi göstərərək şəhid olan Azərbaycan əsgərlərini qürurla yad edirik. Bu Azərbaycanın haqq və şərəf işidir. Bu yolda şəhid olanları qürurla anırıq. Daha sonra məktəbin birinci Qarabağ şəhidi Paşa Nəzərov və ikinci Qarabağ şəhidi Rəşad Zeynallının barelyefləri önünə gül dəstələri qoyuldu. Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi