"Bədii ədəbiyyatda uşaq taleyi" mövzusunda maraqlı təqdimat

Ədəbiyyat ayı çərçivəsində layihələr keçirilməkdə davam edir.7B sinif şagirdləri Yeganə Hüseynovanın rəhbərliyi ilə ədəbiyyat dərsində "Bədii ədəbiyyatda uşaq taleyi" mövzusunda maraqlı təqdimat keçirtdilər. Şagirdlər təqdimatı hazırlamaq üçün ilk öncə məktəb kitabxanasına müraciət edərək S.S.Axundov, V.Hüqo, O.Twist, R.Stevenson kimi yazıçıların bədii ədəbiyyatda nümunəvi olan uşaq taleyi haqqında yazılan əsərləri ilə tanış olmuş, əsərlərdəki uşaq obrazlarını analiz etmişlər. Bu işdə onlara məktəb kitabxanaçıları Gülzadə Quliyeva, Sevinc Mirzəliyeva və ədəbiyyat müəllimləri Yeganə Hüseynova kömək etmişlər. Daha sonra S.S.Axundovun Qorxulu nağıllar silsiləsindən olan Əhməd və Məleykə hekayəsini səhnələşdirmişlər