RKİM-nin "Cüdo" üzrə Bakı şəhər birinciliyinin qalibləri

RKİM-nin "Cüdo" üzrə Bakı şəhər birinciliyi keçirildi. Müşfiq Ələkbərovun rəhbərliyi ilə şagirdlərimiz yarışlarda məktəbimizi uğurla təmsil ediblər. Şagirdlərimiz uğurla çıxış edərək yarışda I, II və III yerlərə layiq görülüblər. Belə ki, 5A sinif şagirdi Eldar Əliyev I yer, 5B sinif şagirdi Samir Əzimli I yer, 8B sinif şagirdi Hüseyn Sadıqov II yer, 7D sinif şagirdi Kamal Zeynalov III yer, 8İ sinif şagirdi Fərid Aslanov isə III yerə layiq görülərək diplom və medallarla təltif olunublar. Məktəb rəhbərliyi şagirdləri təbrik edərək uğurlarının davamlı olmasını arzulamışdır.