Gülşən Tofiq qızı ilə görüş

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2014-2015 illər “Mütaliə ili” elan olunması ilə əlaqədar 60№li tam orta məktəbdə rus bölməsinin rus dili və ədəbiyyatı müəllimi Aynur İsgəndərova şagirdlərin sistematik olaraq yaradıcı insanlarla,xüsüsi ilə yazıçı və şagirdlərlə canlı görüşlərinin təşkili onlarda qiraətə böyük bir maraq doğura biləcəyini düşünərək məktəbdə yazıçılar İttifaqının həqiqi üzvü, MBD ölkələr arası müxtəlif musabiqələrinin qalibi və ən başlıcası tanınmış Azərbaycan xeyriyyəçisi Ağa Musa Nağıyevin nəticəsi Gülşən Tofiq qızının görüşü təşkil olunmuşdur. Görüşün ön sözü rus dili və ədəbiyyatı müəllimi və görüşün təşkilatçısı Aynur İsgəndərovaya verildi.O qonağın milli ədəbiyyatımıza xüsüsi ilə də uşaq ədəbiyyatına verdiyi müsbət roldan danışdı . Tarix müəllimləri Şəhla Abbasova və Arifə Səfərova yazıçının babası Azərbayanlı messeanat Ağa Musa Nağıyevin öz millətinə verrdiyi dəyərdən , milli və mənəvi sərvətdən söz açdılar. Ağa Musa Nağıyev haqqında şagirdlər tərəfindən hazırlanmış vidiofilmə baxdılar. Bu görüşdə yazıçının fəaliyyəti barədə ona müxtəlif suallar verərək şagirdlər onları maraqlandıran məqamlara cavablar almışlar. Yazıçı şagirdlərə kitab oxumağın onların həyatına verdiyi müsbət tərəflərin onların dünya görüşlərinin artmasında xüsusi rolu haqqında öz tövsiyyələrini vermişdir. Məktəbin VI k sinifi şagirdləri Q.Tofiq qızının şeirləri əsaasında hazırladıqları səhnəcikləri çox böyük məharətlə ifa etmişlər,onun hekayələri əsasında çəkilmiş cizgi filmlərinə baxmışlar.Sonda Gülşən xanım məktəbin kitabxanasına öz disklərindən və kitablarından ibarət xüsusi hədiyyəsini təqdim etmişdir.
XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi