"Təhsili dəstəkləyən yenilik və innovasiyalar" mövzusunda Beynəlxalq konfrans

17-18 noyabr tarixində Azərbaycan Müəllim İnkişaf Mərkəzi və Avropa Azərbaycan Cəmiyyətinin birgə layihəsi ilə "Təhsili dəstəkləyən yenilik və innovasiyalar" mövzusunda şagird nailiyyətlərinin artırılmasında maraqlı olan müəllim və digər təhsil işçiləri üçün Beynəlxalq konfrans keçirildi. Konfransda Bill Martin tərəfindən Azərbaycan Müəllim İnkişafı Mərkəzinin təlimçiləri ilə birlikdə fəal dinləmə, vaxtın düzgün istifadə edilməsi, məlumatın və biliyin müdaxiləsiz ötürülməsi və ümumiləşdirmə kimi önəmli məsələləri özündə birləşdirən strategiya nümunə olaraq təqdim edildi. Beynəlxalq konfransda məktəbimizin direktoru Fayaz Hüseynov, direktor müavini Aytən Qibləliyeva, müəllimləri Vüsalə Firudinli , Rahibə Piriyeva , Aygül Qasımova da iştirak etdilər.Sonda konfrans iştirakçıları Beynəlxalq Sertifikatla təltif olundular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi