" Azərbaycanı tanıyaq" devizi altında ölkəmizin tarixi abidələrinə eksursiya

Məktəbimizin 8a sinif şagirdləri səmərəli vaxtlarını " Azərbaycanı tanıyaq" devizi altında ölkəmizin tarixi abidələrini eksursiya edirlər. Növbəti eksursiyaları isə Hüseynova Yeganə müəllimənin və valideyn icmasının rəhbərliyi ilə Suraxanıda yerləşən "Atəşgah Məbədi" Dövlət Tarixi-Memarlıq Qoruğu və "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ziyarət etdilər. Od məbədi olan "Atəşgah" Bakının 30 kilometrliyində, Abşeron yarımadasının Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində yerləşir. "Atəşgah" XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi sönməz alovların yerində inşa edilmiş od məbədidir. Məbədin ən erkən tikilişi olan tövlə eramızın 1713-cü ilinə aiddir, mərkəzi məbəd-səcdəgahı isə 1810-cu ildə tacir Kançanaqaranın vəsaiti ilə tikilmişdir. Şagirdlər tarixi abidədə yerləşən müxtəlif otaqdakı eksponatlar haqqında məlumat topladılar. Bu cür tarixi məlumatlar Xalqımızın keçmişini tanımaq, milli-mənəvi dəyərlərimizi qorumağı şagirdlərə aşılamağa yardımçı olur.
XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi