"Nizami" mövzusunda maraqlı dərs

8c sinfində Hüseynova Yeganə müəllimin rəhbərliyi ilə ədəbiyyat dərsində "Nizami" mövzusunda maraqlı yekun dərs keçirildi. Şagirdlər Nizaminin "Kərpickəsən kişinin dastanı" , "Bülbül və qızılquş", "Bayquşların söhbəti", "Sultan Səncər və qarı" əsərlərindən bəzi hissələri səhnələşdirmişdilər. Sinif şagirdi Naziyə isə "Sevgili canan" romansını canlı ifa etdi. Dərsdə iştirak edən məktəbin direktoru Hüseynov Fayaz müəllim şagirdlərin Nizami yaradıcılığına olan marağı qiymətləndirdi,onların yaradıcılıq qabiliyyətini təqdirəlayiq hesab edərək həm fənn müəlliminə, həm də şagirdlərə öz minnətdarlığını bildirdi.