Vətənpərvərlik mövzusunda tədbir

06 aprel tarixində 60 nömrəli tam orta məktəbdə Vətənpərvərlik mövzusunda tədbir keçirilmişdir.Azərbaycan Respublikasının 20% ərazisinin Erməni Daşnaqları tərəfindən işğal olunmasını nəzərə alaraq məktəbimizin VIII və IX sinif şagirdləri “Vətənpərvərlik” mövzusunda tədbir keçirmişdilər. Məktəbin tarix müəllimi Səfərova Arifə çıxış edərək şagirdlərə “20 yanvar”, “31 mart”,“Xocalı soyqırımı” haqqında danışaraq yenidən o günləri xatırlatdı.Sonra çıxış üçün söz məktəbin direktoru G.Rəcəbovaya verildi.O, bu cür tədbirlərin şagirdlərin tərbiyəsində və gələcək inkşafında çox böyük əhəmiyyəti olmasını vurğuladı. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 2014-cü ildən etibarən “Qarabagın tarixi” dərsinin proqrama salınmasının çox vacib və əhəmiyyətli olduğunu qeyd etdi.Sonra “ANS” kanalının görkəmli aparıcılarından olan Telli xanıma söz verildi.Telli xanım “Vətən sevgisi” haqqında, “Ana torpağı ” sevmək haqqında çıxış edərək şagirdlərin “Vətənpərvərlik” ruhunda böyüməsinin çox vacib oldugunu qeyd etdi.Sonra çıxış üçün söz məktəbin şagirdlərinə verildi.Şagirdlər Kəlbəcər,Xocalı,Qubadlı, Zəngilan, Cəbrayıl Şuşa,Fizuli, Laçın və.s rayonların coğrafiyası, tarixi və işğalı haqqında məlumat verdilər.Məktəbin VIII sinif şagirdi Baxşıyev Həzrət İşgal olunmuş torpaqlar,müasir ordu haqqında məlumat verdi.Çingiz Mustafayevin çəkdiyi video görüntüləri, səs yazıları, qısa metrajlı filmlər nümayiş olundu.IX sinif şagirdləri: Fərzəliyeva Züleyxa və Hüseynova Nərmin “Laçın” mahnısını ifa etdilər.Sonda “Cəngi” sədası altında tədbir sona yetdi.
XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi