1 Dekabr –Ümumdünya QİÇS-lə mübarizə günüdür

29.11.2019- cu ildə Xətai rayonu Tahir Bağırov adına 59 nömrəli tam orta məktəbdə 8-ci sinif şagirdlərilə “1Dekabr –Ümumdünya QİÇS-lə mübarizə günüdür ” adlı seminar keçirilmişdir.Seminarda məktəbin psixoloqu R.Abidova ,Uşaq Birliyi Rəhbəri L. Əhmədova , biologiya müəllimi H. Əhmədova ,məktəbin tibb bacısı T. Məmmədova , kitabxanaçı X. Əhmədova iştirak etmişdirlər. Seminarda şagirdlərimizə QİÇS xəstəliyi ,bu xəstəliyin yayılma formaları və xəstəlikdən qorunma yolları barədə məlumat vermişlər.Sonda mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.