HAQQIMIZDA

Bakı şəhəri Xətai rayonu 59 №-li tam orta məktəbin əsası 1935-ci ildə qoyulmuşdur. 5 fevral 1993-cü ildə məktəbə Milli Qəhrəman Tahir Bağırovun adı verilmişdir. 2006-cı ilə qədər 300 şagird yeri olan binada fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Səudiyyə İnkişaf fondunun hesabına məktəbin yeni korpusu inşa olunaraq 2007-ci ilin sentyabrından şagird və müəllim kollektivinin istifadəsinə verilmişdir. Beləliklə məktəb iki korpusdan ibarətdir. Yeni inşa olunmuş 1269 şagird yeri olan əsas korpusda avadanlıqla təchiz olunmuş 2 kompüter zalı, 1 idman zalı, fizika, kimya, biologiya kabinetləri və laboratoriyaları, yeməkxana, hovuz, kitabxana və oxu zalı, 234 yerlik akt zalı, ibtidai sinif şagirdlərinin təhsil aldığı yardımçı korpusda elektron lövhə ilə təchiz olunmuş 19 sinif otağı, 2 kompüter zalı və 1 idman zalı mövcuddur. Məktəbdə Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, biologiya, coğrafiya, tarix, fizika kabinetləri müasir tələblərə uyğun tərtib edilmişdir. Təhsil Azərbaycan və rus dilində 6 günlük və ikinövbəli tədris qrafikinə uyğun aparılır. İkinci xarici dil kimi rus və alman dilləri tədris olunur. Məktəbdə 1841 şagird təhsil alır. Məktəbin pedaqoji kollektivi 156 üzvündən ibarətdir. Onlardan 2 nəfəri Elmlər namizədi və 7 nəfəri magistr dərəcəsinə malikdir. Məktəb bir çox layihələrin fəal iştirakçısıdır. 2016-2017-ci ildə məktəbdə şagird sayı 2080, sinif sayı 79 olmuşdur.  2016-2017-ci tədris ilində Xətai rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən “Milli Nağıl” müsabiqəsinin I yer, "Gənc şahinlər" hərbi idman oyunları yarışında II yer qalibi olmuşdur. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin” qaliblərindən biri də bizim məktəbimiz olmuşdur. 2016-2017-ci tədris ilində məktəbimizin 10 nəfər məzunu 600 baldan, onlardan 4 nəfəri 650 baldan yüksək nəticə göstərmişdir. 11 nəfər məzun isə 500-600 arasında bal toplayaraq ali məktəbə qəbul olunmuşdur. 2016-2017 ci tədris ilində məktəbimizin ümumi orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə başa vuran 4 nəfər IX sinif məzunu ümumi orta təhsil haqqında fərqlənmə attestatı, tam orta təhsili əla qiymətlərlə başa vuran 8 nəfər XI sinif məzunu tam orta təhsil haqqında fərqlənmə attestatı, təhsildə göstərdikləri nailiyətlərə görə 1 nəfər XI sinif məzunu isə xüsusi nümunəli attestat və medal ilə məktəbimizdən məzun oldu.

2017-2018-ci illərdə şagird sayı  2197, sinif sayı 78

2018-2019-cu illərdə şagird sayı 2198, sinif sayı 74

2019-2020-ci illərdə şagird sayı 2047, sinif sayı 78

2020-2021-ci illərdə şagird sayı 1966, sinif sayı 79

Məktəb bir çox lahiyələrə qoşulmuşdur.

  1. “Məktəblinin dostu”   layihəsi
  2. “Rəqəmsal bacarıqlar”  layihəsi
  3. “İstedadların hazırlığı laboratoriyası”  layihəsi
  4. “Fiziki qüsurlu istedadlı məktəblilərin  I-forumu” layihəsi
  5. “Gələcəyini qur”  Gəncliyə dəstək layihəsi
  6. “Valideynin məktəbdə 1 günü” layihəsi
  7. “Kitab mənim dostumdur” layihəsi
  8. “Buraxılış sinifləri üzrə yeni qiymətləndirmə materiallarının hazırlanması” layihəsi
  9. “Pilot dərsliklərin tətbiqi” layihəsi
  10. “Kiçik akademiya” layihəsi
  11. “Steam” layihəsi

       Məktəbimizin  məzunları arasında daim fərqlənənlər olmuşdur. Həmin məzunlar arasında

I və II Qarabağ müharibəsində  canlarını qurban vermis məzunlarımız da var.

  1. Vüqar Rzaxan oğlu Yarəhmədov  1974-1997
  2. Ramaldanov Babək Meyvəddin   1992-2020
  3. Əliyev  Denis  Aleksandr    1989-2020
  4. Ağalarlı  Toğrul  Daşqın  1995-2020
  5. Umudlu  Elmir  Pərviz      2001-2020
  6. İsmayılov  Orxan  Zöhrab    1989-2020

 

 

10.27.2021-ci il tarixində məktəbin həyətində Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid məzunlarının xatirə lövhəsi ucaldılıb. Hal-hazırda hər bir sinifimiz şəhidlərin adlarını daşıyır.

2021-2022 ci tədris ilində məktəbdə şagird sayı 1980 işçi heyət sayı 182 olmuşdur.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi