GƏNC KİMYAÇILARIN YARADICILIQ MÜSABİQƏSİ

Xətai rayonu T. Bağırov adına 59 nömrəli tam orta məktəbdə 9-11 sinif şagirdləri arasında şagirdlərin kimya elminə olan marağın daha da artırılması, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədi ilə "Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi" nin I mərhələsi keçirildi. Müsabiqənin məktəb turunda şagirdlərə 30 sualdan ibarət test tapşırıqları və 2 məsələ təqdim olundu.Məktəb mərhələsində qalib gələn komanda rayon mərhələsində iştirak etmək hüququ qazanıb.Növbəti mərhələdə şagirdlərimizə uğurlar arzulayiriq.