Gənc nəslə Heydər Əliyev irsinin öyrədilməsi mövzusunda seminar keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə layihəsi olan "Gənc nəslə Heydər Əliyev irsinin öyrədilməsi"çərçivəsində Xətai rayonu 194 nömrəli tam orta məktəbdə, 58 nömrəli tam orta məktəbin şagirdləri ilə 59 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdlərinin birgə seminarı keçirildi.
Seminarda məktəbimizin tarix müəllimi A.Sevil müəllimə "Heydər Əliyev və ordu quruculuğu"adlı məruzə ilə çıxış etdi.
O, qeyd etdi ki,bütün sahələrdə olduğu kimi unudulmaz və misli görülməz işləri ilə yadda qalan ulu öndərimiz Heydər Əliyev Azərbaycan Respublikasında güclü ordusunun yaradılması və onun möhkəmləndirilməsində də böyük rolu olmuşdur. Bu isə onun memarı olduğu yeni Azərbaycanın dünyada tanınması və Azərbaycan xalqının əmin-amanlığı üçün ən böyük tövhədir.
Məruzəçi öz çıxışına davam edərək, Heydər Əliyevin böyük xidmətlərindən bəhz etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi