MƏKTƏBİMİZDƏ RİYAZİYYAT AYLIĞI KEÇİRİLDİ

T.Bağırov adına 59 nömrəli tam orta məktəbdə 26.11.2018 ci il tarixində riyaziyyat aylığı çərçivəsində "Gənc riyaziyyatçılar" adlı tədbir keçirildi.
Tədbir 4 Ç sinif şagirdləri və sinif rəhbəri Aybəniz müəllimənin təşkilatçılığı ilə təşkil olunmuşdur.Bir sıra intellektual oyunlar keçirildi.Belə oyunların keçirilməsində məqsəd şagirdlərin intellektual səviyyəsinin və riyaziyyat fənninə maraqlarının artırılmasıdır.
Məktəbimizin müəlliməsi Vəfa müəllimənin təşkilatçılığı ilə şagirdlərin hazırladıqları səhnəciklər,rəqs nümunələri tədbiri daha da maraqlı etdi. 
Tədbirin sonunda məktəbin direktoru Şıxlinskaya Kəmale xanım və təlim-tərbiyə işləri üzrə direktor müavini Nəbiyeva Xalidə müəllimə çıxış edərək təhsilalanlara öz tövsiyyələrini verdilər və növbəti təhsil pillələrində uğurlar arzuladilar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi