Yaşıl dünya naminə həmrəylik ili

Xətai rayonu T.Bağırov adına 59 saylı məktəbin 5Ə və 5F sinif şagirdləri “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Tədbirlər Planına əsasən məktəbin həyətyanı ərazisində təmizlik işləri apardılar. Şagirdlər müxtəlif ağac və güllər əkdilər, ağac diblərini bellədilər, qurumuş ağac yarpaqlarını təmizlədilər. İş prosesi zamanı fənn müəllimi İsmayılova Səbinə müəllimə şagirdlərə ətraf mühitin qorunması və “Yaşıl dünya naminə həmrəylik ili” haqqında məlumatlar verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi