31 Mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş dəyirmi masa.

Məktəbin fəaliyyət planına əsasən şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında məlumatların artırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədilə Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Nəsirova Aynurə, UBTR Əhmədova Leyla və tarix müəllimi Əbdülrəhmanova Yeganə müəllimənin iştirakı ilə T.Bağırov adına 59 saylı məktəbin VIII B sinif şagirdləri ilə 31 Mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş dəyirmi masa keçirildi. Burada şagirdlərə bu soyqırımın Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrdən biri olduğu, 31 Mart soyqırımında 50 minə yaxın azərbaycanlının qətlə yetirilmiş, on minlərlə insan itkin düşməsi barədə məlumatlar verildi. Daha sonra şagirdlər soyqırıma həsr olunmuş təqdimatlarla çıxış etdilər, şeir nümunələri söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi