Beynəlxalq Ana dili Günü

21.02.2024-cü il tarixində “Beynəlxalq Ana dili Günü” münasibətilə məktəbimizdə dəyirmi masa keçirildi. Şagirdlər ana dilimizin keçdiyi tarixi inkişaf yolu, onun zənginliyi və gözəlliyi ilə bağlı müxtəlif fikirlər ifadə etdilər. Dahi şəxsiyyətlərin dilimiz haqqında söylədiyi dəyərli aforizmləri səsləndirdilər. Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimləri şagirdlərə Azərbaycan dilinin saflığının qorunub-saxlanılması, dilimizə dövlət qayğısı, ana dilinin gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasındakı əhəmiyyəti haqqında danışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi