2 Fevral Gənclər Günü

2 Fevral 2024-cü il tarixində məktəbin pedaqoji heyət və valideyn komitə nümayəndələrinin iştirakı ilə Pedaoji Şuranın növbəti iclası keçirildi. Pedaqoji şura ümumtəhsil müəssisəsində təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşmasına həsr olundu. Burada ümumtəhsil müəssisəsində təhlükəsizliyin təminatı, psixoloji xidmətin təşkili vəziyyəti, müəllimlərin etik davranış qaydalarına əməl olunması ətrafında çıxışlar dinlənildi. Sinif rəhbərinin fəaliyyət istiqamətləri, fövqəladə hallar ilə bağlı təhlükəsizlik qaydaları ilə heyət bir daha məlumatlandırıldı. Həmçinin məktəb rəhbərliyi “2 Fevral Gənclər Günü” münasibətilə məktəbin gənc, fəal müəllimlərini təbrik edərək, gənc nəslin müstəqil həyata hazırlanmasında göstərdikləri şərəfli, fədakar əməklərinə görə minnətdarlıqlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi