Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir

29.12.2023-cü il tarixində T.Bağırov adına 59 saylı məktəbin akt zalında Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi, valideynlər, Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mehriban İsrafilova, Mirvarid Dilbazi Poeziya Məclisinin sədri Güllü Tomarlı iştirak etdilər. Tədbirin əvvəllində Azərbaycan Respublikasının Dövlət Himni səsləndi, daha sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Əhmədova Pikə xanım qonaqları və tədbir iştirakçılarını salamlıyaraq, bayram münasibətilə təbrik etdi. Ulu Öndər Heydər Əliyevin dünya azərbaycanlılarının birliyinin zəruriliyini nəzərə alaraq elan etdiyi və dövlət bayramı kimi qeyd olunan Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətindən danışdı. Daha sonra şagirdlər hazırladıqları şeir nümunələrini, mahnıları səsləndirdilər, rəqs nömrələri nümayiş etdirdilər. Sonda məktəbin direktoru Pikə xanım tədbirin ərsəyə gəlməsində əməyi keçən 7B sinfinin sinif rəhbəri Quliyeva Nuriyyə, Azərbaycan dili və ədəbiyyat müəllimi Babayeva Şəhla, Tİ üzrə müavin Nəsirova Aynurə, UBTR Əhmədova Leyla, Kiçik Akadamiyanın rəhbəri Hüseynova Ülkər müəlliməyə öz dərin təşəkkürünü bildirərək, məktəb kollektivini və şagirdlərimizi Həmrəylik Günü və Yeni təqvim ilinin gəlişi münasibətilə təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi