Batareyaları təhvil ver, təbiəti qoru

Bakı şəhəri, Xətai rayonu, T.Bağırov adına 59 saylı tam orta məktəbdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kiçik Akademiyanın rəhbəri Hüseynova Ülkər, məktəbin biologiya müəllimi Əhmədova Həcər, Tİ üzrə müavin Nəsirova Aynurə və şagirdlərin iştirakı ilə maarifləndirici görüş keçirilib. Görüşün məqsədi orta məktəb şagirdlərinin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, tullantıların düzgün idarə edilməsi prosesinə cəlb olunması idi. Eyni zamanda şagirdlər “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində məktəbə verilmiş işlənmiş batareyalar üçün toplama qutularındakı batareyaları təhvil verərək əvəzində ağac tingləri əldə ediblər. Daha sonra bu ağac tingləri məktəbin ərazisində əkildi və onlara qulluq edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi