Dünya Azərbaycanlılarən Həmrəylik günü

23.12.2023-cü il tarixində Xətai rayonu T.Bağırov adına 59 nömrəli tam orta məktəbin kollektivinin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin rəhbərliyi, pedaqoji heyəti və texniki işçiləri iştirak etdilər. Tədbirin sonunda məktəbin direktoru Əhmədova Pikə xanım məktəb kollektivini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə təbrik etdi və fəal müəllimləri Fəxri Fərmanla mükafatlandırdı. Tədbirin təşkil olunmasında ATİAHİ-nin Xətai rayon Həmkarlar Komitəsinin sədri Maisə Hacıyeva, məktəbin Həmkarlar Təşkilatının sədri Cəfərova Mirvari müəlliməyə göstərdikləri diqqət və qayğıya görə məktəb kollektivimiz adından təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi