Maarifləndirici tədbir

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli Sərəmcamı ilə təsdiq edilmiş “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın icrasına əsasən T.Bağırov adına 59 saylı məktəbin 8ci siniflərində UBTR Əhmədova Leyla müəllimənin iştirakı ilə “Qızların təhsildən yayınması hallarının qarşısının alınması”na həsr olunmuş maarifləndirici tədbir keçirildi. Tədbirdə zorakılıq, terrorizm, münaqişələr nəticəsində qızların təhsil almaq hüququndan məhrum olması, bundan əlavə yoxsul ailələrin də öz qızlarını məktəbə göndərməməsi müzakirə olunub. Erkən nigahların, müxtəlif xoşagəlməz hadisələrin qızların təhsildən yayınmasına səbəb olduğu qeyd edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi