Heydər Əliyev irsi

“Heydər Əliyev ili” çərçivəsində 22.11.2023-cü il tarixində T.Bağırov adına 59 saylı məktəbin 7B sinfində Tİ üzrə müavin Nəsirova Aynurə müəllimənin təkilatçılığı ilə Azərbaycan dili müəllimi Babayeva Şəhla müəllimə tərəfindən “Heydər Əliyev irsi” adlı dərs keçirildi. Dərsdə Heydər Əliyevin xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazının daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanması haqqında danışıldı. Ümumilli liderin ən mühüm göstəricilərindən birinin Azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünədərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi əsaslı prinsiplər əsasında dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsi olduğu qeyd edildi. Daha sonra şagirdlər bu mövzuda hazırladıqları təqdimatları səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi