26 Noyabr Azərbaycan Kəlağayısı Günüdür

26 Noyabr Azərbaycan Kəlağayısı Günüdür. Azərbaycan Respublikasının birinci vitse prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2014-cü ildə Kəlağayı Unesconun qeyri maddi, mədəni irs üzrə reprezentativ siyahısına daxil olub və dünya birliyinə təqdim olunaraq tanıdılıb. “Dilimizi qoruyaq”tədbirlər planının “Milli mənəvi dəyərlərimizi qoruyaq” bəndinin icrasına əsasən T.Bağırov adına 59 saylı məktəbin şagirdləri Tİ üzrə müavin Nəsirova Aynurə və UBTR Əhmədova Leyla ilə birlikdə Azərbaycan Kəlağayısı Muzeyində ekskursiyada oldular. Muzeyin direktoru, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Tomarlı Azərbaycan qadınlarının bənzərsiz gözəlliyinə xüsusi bir sirr qatan kəlağayımızdan danışdı. Kəlağayı istehsalında müxtəlif rəng çalarlarından, bitki növlərindən istifadə olunması haqqında şagirdlərə məlumatlar verdi. Kəlağayıların el sənətinin zərif, rahat, qadınlara gözəllik gətirən ismət simvolu olmasını vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi