Ağdam Şəhəri Günü

Prezident İlham Əliyevin bu ilin iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin işğaldan azad edilməsi tarixi ilə bağlıdır. Bu gün münasibətilə T.Bağırov adına 59 saylı tam orta məktəbin 2C sinif şagirdləri sinif rəhbərləri Bağırova Xanım müəllimənin rəhbərliyi ilə “Ağdam Şəhəri Günü”nə həsr olunmuş tədbir keçirdilər. Tədbirdə şagirdlər vətənpərvərlik ruhunda şeirlər söylədilər, işğaldan azad olunmuş ərazilərimiz haqqında geniş məlumatlar əldə etdilər.