Uşaq Hüquqları aylığı

Uşaq Hüquqları aylığı çərçivəsində şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşü, müvafiq bilik və bacarıqlarını artırmaq məqsədilə Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Beynəlxalq Kitab Sərgisində T.Bağırov adına 59 saylı tam orta məktəbin 6E sinif şagirdləri sinif rəhbərləri Kərimova Tərgül müəllimənin rəhbərliyi ilə iştirak etdilər. Sərgidə 200-ə yaxın yerli və xarici təşkilatın, 90-dan çox tanınmış ədəbiyyat xadiminin iştirakı və 220-dən çox müxtəlif formatda tədbir keçirildi. Şagirdlər bütün stendlərlə tanış olub, onları maraqlandıran kitabları əldə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi