Yenilməz Ordu-Yenilməz Zəfər

https://www.facebook.com/mekteb59/videos/1064726001371316/?locale=az_AZ

7 Noyabr 2023-cü iı tarixində T.Bağırov adına 59 saylı tam orta məktəbdə 8 noyabr Zəfər Gününə həsr olunmuş “Yenilməz Ordu-Yenilməz Zəfər” adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirin əvvəlində məktəbin direktoru Əhmədova Pikə xanım tədbir iştirakçıları və qonaqları salamlıyaraq qeyd etdi ki, bu gün hər bir azərbaycanlı dünyanın istənilən ölkəsində qürurla, qalib ölkənin vətəndaşı olaraq fəxrlə gəzir. Bu zəfəri xalqımıza Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu yaşatdı. Bu qələbə yüz illər keçsə də unudulmayacaq. Tədbirdə qonaq qismində Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Mehriban İsrafilova, YAP Xətai Rayon təşkilatının nümayəndəsi Ənvər Bayramov və şəhid ailələri iştirak etdilər. Tədbirin bədii hissəsi məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Tağıyeva Güntəkin müəllimə tərəfindən hazırlanmışdı. Şagirdlərimiz Şanlı Zəfərimizə həsr olunmuş mahnı və şeir nümunələri səsləndirdilər. Sonda məktəbin direktoru Əhmədova Pikə xanım təhsildə və ictimai-siyasi tədbirlərdə fərqlənən müəllimləri fəxri fərmanla mükafatlandırdı, həmçinin tədbirin təşkil olunmasında əziyyəti olan Tİ üzrə müavin Nəsirova Aynurə, UBTR Əhmədova Leyla, məktəbin coğrafiya müəllimi Abdullayeva Şəhla və məktəbin valideyn müəllim assosiasiyasının rəhbəri Əşrəfova Aytənə minnətdarlığını bildirdi. Məktəb kollektivi olaraq Zəfər Günü münasibətilə hər kəsi təbrik edir, bu zəfəri bizə yaşadan şəhidlərimizi hörmətlə anıb, qazilərimizə sağlam və firavan həyat arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi