Ağalarlı Toğrul Coşqun oğlunun anım günündə.

6 noyabr 2023-cü ildə Vətən müharibəsi şəhidi Ağalarlı Toğrul Coşqun oğlunun anım günündə T.Bağırov adına 59 saylı tam orta məktəbin müəllim və şagird kollektivi onun məzarını ziyarət ediblər. Ağalarlı Toğrul Coşqun oğlu 1995-ci il yanvarın 31-də Ağsu rayonunun Ağalarbəyli kəndində anadan olub. Vətən Müharibəsində Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin alınmasına görə” medalları ilə təltif edilib. Canı bahasına şanlı tariximizi yazan şəhidlərimizlə fəxr edirik, onların əziz xatirəsi hər birimizin qəlbində daim yaşayacaq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi