Əsgərə məktub

5 noyabr 2023-cü il tarixində Xətai Rayon İcra Hakimiyyətinin və “Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Nizami parkı”nda Zəfər Günü münasibətilə təşkil olunan “Əsgərə məktub” layihəsində T.Bağırov adına 59 saylı məktəbin şagirdləri də iştirak etdilər. Tədbirdə şagirdlər vətənpərvərlik ruhunda mahnılar ifa etdilər, şeirlər söylədilər. “Əsgərə məktub” layihəsi şagirdlərimizin vətənpərvərlik ruhunun formalaşdırılması baxımından olduqca dəyərli layihədir. Bu layihənin təşkili üçün Xətai Rayon İcra Hakimiyyətinə minnətdarlığımızı bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi