Narkotiklərlə Mübarizə

2.11.2023-cü il tarixində T.Bağırov adına 59 saylı tam orta məktəbdə zərərli vərdişlərin ziyanları barədə tədbir keçirildi. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Məhərrəmova Vəfa, Narkotiklərlə Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun əməkdaşı İsmayılov Şahin, Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu Turan Əhmədov, məktəbin direktoru, müəllim və şagird kollektivi iştirak etdilər. Məktəbin direktoru Əhmədova Pikə xanım qonaqları salamladı, müasir dövrümüzün bəlalarından olan narkomaniyanın zərərlərindən danışdı. Daha sonra BŞTİ-nin əməkdaşı Vəfa xanım öz çıxışında narkomaniyanın qarşısının alınmasında əsas məqsədin sağlam mühit və sağlam gələcək yaratmaq olduğu haqqında danışdı. Narkotiklərlə Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun əməkdaşı narkomaniyanın yayılmasının millətin sağlam həyat tərzi üçün təhlükə törətdiyini söylədi. Narkotik maddalərin qəbul edilməsi ilə insanın fiziki və psixoloji cəhətdən məhv olunmasını vurğuladı. Həkim-narkoloq Turan Əhmədov şagirdlərə zərərli vərdişlərdən uzaq olmağı, vətənimizə layiqli gənc kimi formalaşmaları ilə bağlı öz tövsiyələrini verdi. Sonda şagirdlər mövzuya uyğun videoçarx izlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi