Füzulinin azad olunmasına görə

27.10.2023-cü il tarixində Vətən müharibəsi şəhidi Umudlu Elmir Pərviz oğlunun adını daşıyan küçənin açılışı oldu. Küçənin açılış mərasimində Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri, 59 saylı tam orta məktəbin müəllim və şagird kollektivi, valideynləri, şəhid ailələri,qazilər iştirak etdilər. Tədbir iştirakçıları daha sonra məktəbin həyətindəki şəhidlərin xatirə lövhəsini ziyarət ediblər. Şəhidimiz Umudlu Elmir Pərviz oğlu 25 mart 2001-ci ildə Şəki rayonunun İnçə-Zunud kəndində anadan olub. 1-ci sinifdən 8ci sinfə qədər T.Bağırov adına 59 saylı məktəbin şagirdi olub. II Qarabağ müharibəsində Cəbrayıl, Füzuli, Xocavənd rayonlarının alınmasında iştirak edib. 28 oktyabr 2020-ci ildə Xocavənd rayonunda gedən şiddətli döyüşlərin birində şəhidlik zirvəsinə ucalıb. Döyüşlərdə göstərdiyi şücaətlərə görə Prezidentimizin sərəncamları ilə “Vətən uğrunda” , “Füzulinin azad olunmasına görə”, “ Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. Məktəbimizin müəllim və şagird kollektivi hər zaman ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizi dərin ehtiramla yad edir, onların əziz xatirələrini yaşatmağa davam edirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi