27 Sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü

27 Sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tədbirlər planının 3cü bəndinə əsasən VII B sinif şagirdləri sinif rəhbərləri Quliyeva Nuriyyə müəllimənin rəhbərliyi ilə Zəfər Muzeyində ekskursiyada oldular. Ekskursiya zamanı şagirdlər Vətən müharibəsində qəhrəman oğullarımızın ələ keçirdiyi hərbi qənimətlərlə tanış olaraq, eksponatlar haqqında məlumatlar əldə ediblər.