8D sinif şagirdləri UBTR Əhmədova Leyla

16.10.2023-cü il tarixində T.Bağırov adına tam orta məktəbin 8D sinif şagirdləri UBTR Əhmədova Leyla və sinif rəhbərləri ilə birlikdə məktəbin məzunu şəhid kəşfiyyatçı, leytenant Vüqar Yarəhmədovun məzarını ziyarət edərək, əziz xatirəsini yad ediblər. 1997-ci il aprel ayının 7-də cəbhənin Xocavənd rayonu istiqamətində düşmən arxasına keçən 8 nəfər Azərbaycanın Xüsusi Təyinatlı Kəşfiyyatçısı döyüş tapşırığını yerinə yetirdikləri üçüncü gün mühasirəyə düşür. Ermənistan ordusunun müxtəlif birləşmələri ilə qeyri-bərabər döyüşə girən qrupun bir üzvü ağır yaralanır, digər 7 nəfər sursatları tükəndiyindən düşmənin əlinə sağ keçməmək üçün qumbara ilə özlərini partladır. Həmin Şəhid kəşfiyyatçılardan biri də Vüqar Yarəhmədovdu. Şəhid kəşfiyyatçılar ölümündən sonra ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci ildə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi