Müstəqilliyin bərpası Günü

18.10.2023-cü il tarixində T.Bağırov adına 59 saylı tam orta məktəbdə “Müstəqilliyin bərpası Günü”nə həsr olunmuş dəyirmi masa keçirildi. 18 oktyabr gününə həsr olunmuş dəyirmi masa Azərbaycan Respublikasının Dövlət Himininin səsləndirilməsi ilə başlandı, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Dəyirmi masada UBTR Əhmədova Leyla çıxış edərək Müstəqilliyin Bərpası Günü haqqında geniş məlumat verdi. Tİ üzrə müavin Nəsirova Aynurə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasətinin bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı. Sonda dəyirmi masa iştirakçıları arasında mövzu ətrafında fikir mübadiləsi aparıldı, şagirdlər öz fikirlərini səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi