Babək Ramaldanovun anım günü

16.10.2023-cü il tarixində Vətən müharibəsi şəhidi polkovnik-leytenant Ramaldanov Babək Meyvəddin oğlunun anım günündə T.Bağırov adına 59 saylı tam orta məktəbin rəhbərliyi,müəllim və şagird kollektivi, valideynləri ll Fəxri Xiyabanda təşkil olunmuş tədbirdə iştirak etdilər. Babək Ramaldanov Azərbaycan Ordusunun 2020-ci ilin 27 sentyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək oktyabrın 16-da qəhrəmancasına Şəhid olub. O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Cəbrayılın azad olunması”, “Füzulinin azad olunması” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Canı bahasına şanlı tariximizi yazan şəhidlərimizlə həmişə fəxr edir, onların əziz xatirəsini yad edirik!