I Qarabağ müharibəsi qəhrəmanlarından biri Tahir Bağırov

https://www.facebook.com/100057848821545/videos/pcb.729888112282810/1472177556896913?locale=az_AZ
Həm l Qarabağ müharibəsində, həm də Vətən müharibəsində yüzlərlə vətənpərvər gənclərimiz canlarını fəda edib, şəhidlik zirvəsinə yüksəliblər. Belə qəhrəmanlardan biri də Tahir Bağırovdur. Bağırov Tahir Əminağa oğlu 14 iyul 1957-ci ildə Türkmənistan Respublikasının Krasnovodsk şəhərində anadan olub. Dağlıq Qarabağ müharibəsi başlıyanda T.Bağırov da Azərbaycanın qeyrətli oğulları kimi könüllü olaraq ön cəbhəyə yollanır. Füzuli, Ağdərə və Laçın rayonlarında saysız-hesabsız döyüşlərdə iştirak edir. 1992-ci il oktyabrın 11-də Laçının Səfiyan kəndi uğrunda gedən ağır döyüşdə mühasirəyə düşən əsgərlərimizi xilas edib geri dönərkən, onun vertolyotu düşmən tərəfindən vurulur və bütün heyət həlak olur. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilir. Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli Fərmanı ilə Bağırov Tahir Əminağa oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Şirvan şəhərində yaşadığı küçəyə və 11 saylı məktəbə, Xətai rayon Həzi Aslanov qəsəbəsindəki 59 saylı orta məktəbə onun adı verilmiş, büstü qoyulmuşdur. 2020-ci il 27 sentyabrda başlanan Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli ordumuz işğal altında olan torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü və tarixi ədaləti bərpa olundu. Bu gün Tahir Bağırovun uğrunda şəhid olduğu torpaqlar öz sahibinə qovuşub. Məktəb kollektivi olaraq hər zaman Tahir Bağırovun əziz xatirəsini yad edirik.