Pedaqoji fəaliyyət

T.Bağırov adına 59 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Eminova İradə pedaqoji fəaliyyətində səmərəli xidmətlərinə və anadan olmasının 50 illiyi münasibətilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı və Bakı Şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsi tərəfindən Fəxri Fərmanla təltif olunub. İradə müəlliməni kollektivimiz adından təbrik edir, daha böyük uğurlar arzu edirik.