Şəhidin əziz xatirəsini yad edən 8F sinif şagirdləri

Xətai rayonu T.Bağırov adına 59 saylı tam orta məktəbin məzunu, şəhid əsgər Əliyev Denisin adını daşıyan 8F sinfinin şagirdləri Tİ üzrə müavin Nəsirova Aynurə və sinif rəhbərləri Həsənova Günay müəllimənin rəhbərliyi ilə şəhidin əziz xatirəsini yad etmək üçün onun məzarını ziyarət ediblər. Denis Aleksandr oğlu Əliyev 1989-cu il mayın 26-da Xətai rayonunda anadan olub. 1995-2006-cı illərdə 59 nömrəli məktəbdə təhsil alıb. Azərbaycan Ordusunun əsgəri olan Denis Əliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Denis Əliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi