3A sinfinin şagirdləri UBTR Əhmədova Leyla

Xətai rayonu T.Bağırov adına 59 saylı tam orta məktəbin məzunu, Vətən müharibəsi şəhidi İsmayılov Orxanın adını daşıyan 3A sinfinin şagirdləri UBTR Əhmədova Leyla və sinif rəhbərinin rəhbərliyi ilə şəhidin il dönümündə yaşadığı ünvanın yaxınlığındakı abidəni ziyarət edərək, əziz xatirəsini yad ediblər. Həmçinin 8Ç sinfində Tİ üzrə müavin Nəsirova Aynurə və sinif rəhbərinin rəhbərliyi ilə şəhidin xatirəsinə həsr olunmuş dərs keçirildi. Şagirdlər hazırladıqları təqdimatları səsləndirdilər, şeir nümunələri söylədilər. Vətən müharibəsində böyük şücaət göstərən Orxan İsmayılov 1990-cı il yanvarın 23-də Ucar rayonunda anadan olub. Orta təhsilini T.Bağırov adına 59 saylı məktəbdə alıb. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Birinci dəfə Vətənə xidməti başa vuran Orxan 2020-ci ilin iyulunda Tovuz hadisələrindən sonra həmin ilin sentyabrında könüllü şəkildə orduya yazılıb və ön sıralarda döyüşməyə başlayıb. Lakin ailəsi nigaran qalmasın deyə topçu kimi arxa cəbhədə olduğunu deyib. Orxan Füzuli və Cəbrayılda gedən döyüşlərdə iştirak edib. Qəhrəman zabitimiz göstərdiyi şücaətə görə “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi