27 Sentyabr Anım Günü və 8 Noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı

Azərbaycan Respublikası Təhsil Nazirinin 07.09.2021-ci il tarixli əmrinin icrasını təmin etmək məqsədilə Bakı Şəhəri Təhsil İdarəsinin 08.09.2021-ci il tarixli əmri ilə təsdiq olunmuş “27 Sentyabr Anım Günü və 8 Noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq Bakı Şəhəri Xətai Rayonu T.Bağırov adına 59 saylı tam orta məktəbdə “Anım Günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi, valideynlər və qonaq qismində Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mehriban İsrafilova, Şəhid ailələri, Mirvarid Dilbazi Poeziya məclisinin sədri Güllü Tomarlı iştirak etdilər. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndi, daha sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. T.Bağırov adına 59 saylı məktəbin direktoru Əhmədova Pikə xanım qonaqları və tədbir iştirakçılarını salamlıyaraq, 27 Sentyabr tarixinin Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda əsgər və zabitlərimizin, bütövlükdə xalqımızın əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirməyə başladığı və tarixi zəfərlə bitən 44 günlük Vətən müharibəsinin başladığı gün olması haqqında fikirlərini səsləndirdi. Sonra şagirdlərimiz hazırladıqları kompozisiyaları, şeir nümunələrini səsləndirdilər. Həmçinin tarixi günə həsr olunmuş videoçarx nümayiş olundu. Sonra tədbirə gələn qonaqlarla xatirə şəkilləri çəkildi. Məktəbin direktoru tədbirin ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə öz təşəkürünü bildirdi. #AnımGünü

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi