Anım günü

27 Sentyabr tarixində İkinci Qarabağ müharibəsinin başlanmasından üç il ötür. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidləri dərin ehtiramla yad etmək üçün T.Bağırov adına 59 saylı tam orta məktəbin şagirdləri şəhidlər abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri qoydular. Siniflərin təşkilat saatlarında bu günün doğma torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin sərhədlərini təxribatlardan qorumaq, Qarabağda ermənilərin işğalçı niyyətini başa çatdıracaq hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü kəskinliklə dediyi şərəfli bir tarixin başlanğıcı olması haqqında danışıldı. #AnımGünü

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi